RU

Rusiya Özbəkistandan açıqlama gözlədiyini bildirib

 

  Rusiya Xarici İşlər Nazirliyi mətbuat katibi Mariya Zaxarova rəsmi Moskvanın Daşkənddə bir müəllimin şagirdinə sərt davranışını göstərən video ilə bağlı açıqlama gözlədiyini bildirib.

  Mətbuatda yayılan məlumata görə, şagird dərsi rusca izah etməsini istəyincə müəllim ona aqressiv reaksiya verib.

  M.Zaxarova “Videonun məzmunu uşağa qarşı ciddi bir narahatlıq və mərhəmət hissi doğurur. Özbəkistan tərəfindən rəsmi açıqlama istəyirik” deyib və dost ölkələrlə münasibətlərdə belə halların olmamasını gözlədiklərini söyləyib.

  Rusiya həmçinin Özbəkistan tərəfindən baş verənlərə hüquqi qiymət verilməsini və məsul şəxslərə qarşı tədbirlər görməsini istəyib. Mariya Zaxarovaya görə, Rusiya məsələnin izləyicisi olacaq.

  Özbəkistanın Uşaq işləri üzrə ombudsmanı Sürayə Rəxmonova məsələ ilə şəxsən yaxından maraqlandığını deyib. O, altıncı sinif şagirdinin ciddi bir travma keçirmədiyini və sağlığının təhlükədə olmadığını bildirib.



Избранный
90
1
trt.net.tr

10Источники