RU

Paşinyanla görüşdən sonra Sülh müqaviləsindən danışdı

“Azərbaycan və Ermənistan arasında sülh hər iki ölkə üçün yeni imkanlar və mənfəətlər qapısını açacaq”.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra deyib.

“Cənab Paşinyanın yanaşmasına baxdıqda onun heç də mənfi əhval-ruhiyyədə olduğu görünmür. Türkiyə olaraq Ermənistanla Azərbaycan arasında sülh sazişini təmin etməyimizi istəyirlər ki, onlar da qonşu kimi sülh şəraitində yaşaya bilsinlər. Biz artıq bunun arxasınca gedirik. Ümid edirəm ki, biz Azərbaycanla Ermənistan arasında olan bu məsələləri mərhələli şəkildə həll edə bilərik. Hər iki tərəf əslində sülhün tərəfdarıdır.

Biz sülh və əmin-amanlıq mühitinin hamı üçün ən yaxşısı olacağını düşünürük. Ermənistan və Azərbaycan arasında sülh hər iki ölkə üçün yeni imkanlar və mənfəətlər qapısını açacaq. Bu sülh prosesinin müsbət nəticəsi Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinə müsbət təsir göstərəcək”.

Избранный
22
30
qafqazinfo.az

10Источники