Biz Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Cənab Paşinyanın yanaşmasına nəzər saldıqda onun heç bir mənfi abu-havası görünmür. Türkiyə olaraq bizdən Ermənistanla Azərbaycan arasında sülh sazişini təmin etməyimizi istəyirlər ki, onlar da sülh içində qonşu kimi yaşaya bilsinlər. Biz artıq bunun arxasınca gedirik”, - Türkiyə lideri vurğulayıb.