Bu gün Vətən müharibəsinin başlamaslndan 4 il ötür. Azərbaycan xalqı müharibənin başladığı günü, yəni 27 sentyabrı Anım Günü kimi qeyd edir. Həmin gün hər şey tamami ilə fərqli idi. Hər kəs cəbhədən gələn xəbərləri böyük ümid və həyəcanla izləyirdi. Yaşlı analar və atalar əllərini göyə tutub Tanrıdan övladlarını qorumasını və Vətənin azadlığını istəyirdilər.
Cavanlar isə ön cəbhəyə yardım aparmaqdan, əsgərlərimizin ən kiçik köməyinə çatmaqdan böyük qürur duyurdular… Bəli, Vətən müharibəsinin ilk günü belə başlamışdı.
Ön cəbhədə isə oğullar əsil qəhrəmanlıq dastanları yazırdılar. İgidlərimiz Zəfərə gedən yolun başlanğıcında düşmənin nəfəsini kəsirdi. Çünki haqq- hesab vaxtı çatmışdı, heç bir güzəştə gedilməyəcəkdi.
Müharibənin ilk günü və başlamasının ilk dəqiqələri idi. Hərbi Hava Qüvvələrinin mayoru, hərbi pilot Abbas Qasımov və DSX-nın baş leytenantı, hərbi pilotu Xalid Gözəlov Qarabağ səmasında düşmənə sarsıdıcı zərbələr vururdular. Füzuli səmasında şahinlər tək uçub Vətənin azadlığı uğrunda döyüşlərdə iştirak edirdilər. Onlar bir neçə dəqiqə sonra Vətən müharibəsinin birinci şəhidləri olacaqdılar.
Bəli, müharibəsinin başladığı birinci dəqiqələrdə Abbas Qasımov və baş leytenant Xalid Gözəlov canlarını Vətən yolunda fəda etdilər. Vətən səmasında şəhidlik zirvəsinə ucaldılar.
Qeyd edək ki, Ababs Qasımov 1986-cı il martın 17-də Zəngibasarın Masis rayonunda anadan olub. Ailəsi ilə birgə 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən doğma rayonundan deportasiya edilib. Bakıya üz tutan Qasımovlar ailəsi Binəqədi rayonunda məskunlaşıb. Binəqədi rayonundakı 157 saylı tam orta məktəbi bitirən Abbas 2003-2007-ci illərdə o zamankı Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Burada o, Sərhəd Qoşunları fakültəsini seçib. Və beləcə, uşaqlıq arzusu olan pilot ixtisasına yiyələnib. Ölümündən sonra «Vətən uğrunda» medalı, 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni və «Qubadlının azad olunmasına görə» medalı ilə təltif edilib. Özündən sonra iki oğul övladı yadigar qalıb.
Xalid Gözəlov 1996-cı ilin 4 noyabrında Biləsuvar rayonun Aşağı Cürəli kəndində anadan olub. O, 2002-ci ildə Zaqatalada 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. Atasının işi ilə əlaqədar olaraq daha sonra məktəbi Biləsuvarda davam etdirməli olub. 2012-ci ildə Oktay Babayev adına orta məktəbdən məzun olub.Orta məktəbi bitirdikdən sonra ali məktəbə imtahan verərək ödənişsiz əsaslarla Texniki Universitetə daxil olsa da, orada oxumayıb. Çünki hərbçi olmağı arzulayırmış. Daha sonra yenidən sənədlərini Dövlət Sərhəd Xidməti Akademiyasına verərək, istəyinə nail olub. Akademiyanı bitirən kimi xüsusi bacarığına görə o, pilot vəzifəsinə təyin olunub. Xalid uşaqlıqdan idmanın güləş növü ilə məşğul olub. Saysız-hesabsız mükafatlar, medallar qazanıb. 2019-cu ildə baş leytenant rütbəsi alıb. O, ölümündən sonra «Vətən uğrunda» , «Qubadlının azad olunmasına görə» medalları və «Vətənə xidmətə görə» ordeni ilə təltif olunub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта