RU

Paşinyan BMT-də bəyan etdi: “Sülh sazişi üçün konstitusiyanı dəyişərik”

“Rəsmi Bakı Ermənistan Respublikasının Konstitusiyasının Azərbaycana qarşı ərazi iddialarını ehtiva etdiyi üçün sülh sazişinə maneə olduğunu təkid edir. Təfərrüatlara varmadan qeyd edim ki, Konstitusiyamızda belə bir şey yoxdur, Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və biz bununla bağlı bütün maraqlı beynəlxalq tərəfdaşlarımıza ətraflı yazılı sübut təqdim edə bilərik”.

“Cebhenfo.az” xəbər verir ki, bunu Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan BMT-də çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Konstitusiyasını sülh müqaviləsi üçün maneə hesab etmir.

“Sülh sazişinin imzalanması həm Ermənistanın, həm də Azərbaycanın problemlərinin fundamental həlli üçün hüquqi təminatlar yaradacaq. Sülh sazişinin razılaşdırılmış mətnini Ermənistan Respublikasının Konstitusiyasına uyğunluq baxımından nəzərdən keçirdikdə, aşağıdakı mənzərəni görürük:

Ermənistan Konstitusiyasına görə, Konstitusiyaya zidd olan müqavilələr ratifikasiya edilə bilməz.

Digər hallarda olduğu kimi, Azərbaycanla sülh sazişi imzaladıqdan sonra sənədin Ermənistan Respublikasının Konstitusiyasına uyğunluğunu yoxlamaq üçün onu Konstitusiya Məhkəməsinə verməliyik.

Ekspertlərimiz bunun mümkün olmadığına əmindirlər, amma  əgər Konstitusiya Məhkəməmiz Azərbaycanla sülh sazişinin Ermənistan Respublikasının Konstitusiyasına zidd olduğuna qərar verərsə, biz sülhə nail olmaq üçün konstitusiya dəyişikliklərinin zəruri olacağı konkret vəziyyətlə üzləşəcəyik. 

Əgər bizim Konstitusiya Məhkəməmiz Müqavilənin Ermənistan Respublikasının Konstitusiyasına uyğun olduğuna qərar verərsə, o zaman Ermənistan parlamentində ratifikasiyaya heç bir maneə olmayacaq və burada son dərəcə mühüm bir vəziyyət yaranır.

Ermənistan Respublikası Konstitusiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən, ratifikasiya olunmuş beynəlxalq müqavilələr Ermənistan Respublikasının daxili qanunvericiliyi qarşısında üstünlük təşkil edir. 

Buna görə də Azərbaycanla sülh sazişi imzalandıqdan və ratifikasiya edildikdən sonra nəzəri cəhətdən, hətta ərazi iddialarını ehtiva edən kimi şərh edilə bilən qanunlar olsa da, bu sənədlər Ermənistan və Azərbaycan arasında sülh sazişinə tabe olacaq və avtomatik olaraq heç bir hüquqi qüvvəyə malik olmayacaqdı. Eyni məntiq, təbii ki, Azərbaycana da aiddir”, - Paşinyan bildirib.

Избранный
119
50
cebheinfo.az

10Источники