RU

ABŞ-da daha bir məhbus azot qazı ilə edam edilib: Qəddar, ağrılı və işgəncəli ölüm...

ABŞ-ın Alabama ştatında Alan Eugene Miller adlı məhbus "azot hipoksiyası" kimi tanınan mübahisəli edam üsulu ilə edam edilən ikinci şəxs olub.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, 59 yaşlı Miller dünən gecə xərəyə bağlanıb və üzünə taxılan maska ​​vasitəsilə azot qazı verilərək edam edilib.

Azot qazı ilə edam üsulunun şahidi olmağa icazə verilən bir müxbirin sözlərinə görə, Miller təxminən iki dəqiqə titrəməyə və qıcolmağa davam etdi. O, həmçinin ölməzdən əvvəl təxminən altı dəqiqə nəfəs almaqda çətinlik çəkib. 

Son ana qədər günahsız olduğunu iddia edən Miller son sözlərini üzünü bağlayan maskanın arxasından deyib: “Mən burada olmaq üçün heç nə etməmişəm”. 

Qeyd edək ki, miller üç nəfəri öldürməkdə ittiham olunurdu. Alabama ştatında ikinci dəfə istifadə edilən bu edam üsulunda məhbus bədənindəki bütün oksigen tükənənə qədər azot qazı ilə nəfəs almağa məcbur edilir.

Mütəxəssislər sözügedən üsulu "qəddar, ağrılı və işgəncəli" adlandırır. Birləşmiş Millətlər Təşkilatı də bu edam formasının "dövlət tərəfindən icazə verilən işgəncədən başqa bir şey" olmadığı qənaətindədir.

Miller 1999-cu ildə üç nəfəri öldürdüyü üçün 2000-ci ildə ölüm cəzasına məhkum edilib. Yanvarın 25-də Alabama ştatında daha bir məhbus ilk dəfə eyni üsulla edam edilib. Alabama ABŞ-da ölüm cəzası üçün azot hipoksiyasından istifadə edən yeganə ştatdır. Luiziana, Oklahoma və Missisipi ştatlarında da azot qazı ilə edam üsuluna icazə verilib, lakin hələ də edamlarda bundan istifadə edilməyib.

Seymur,

Sitat.info

Избранный
48
50
sitat.info

10Источники