RU

BMT-də Ermənistanın sürətlə hərbiləşdirilməsi müzakirə olundu

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Niderlandın xarici işlər naziri Kaspar Veldkamp ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.

Nazirlər münaqişədən sonrakı regional reallıqlara, Azərbaycanın yenidənqurma və sülh səyləri qarşısında duran çağırışlara diqqət yetiriblər.

Görüşdə mina təhlükəsi, o cümlədən Ermənistanın Konstitusiyasında və digər hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi, İrəvanın sürətlə hərbiləşdirilməsi müzakirə edilib.

Избранный
43
7
axar.az

8Источники