RU

Qızıl daha da BAHALAŞACAQ? – MÜHÜM PROQNOZ

Qızıl yenidən bahalaşıb. Ötən gün Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,23% artaraq 2 683,2 ABŞ dollarına bərabər olub.

Ümumilkdə isə qızılın qiyməti son bir ildə 36 faizdən çox artıb. Əgər bir il əvvəl qızılın troya unsiyası (31,1 qram) 1840 dollara satılırdısa, hazırda bu qiymət 2665 dollardır. Bir il ərzində qızılın bir qramının dəyəri 59 dollardan 86 dollara qədər yüksəlib.

Qızılın bahalaşması Azərbaycanda da müşahidə edilir
 

MÖVZU İLƏ BAĞLI:

Qızıl yenidən BAHALAŞDI


Bir il əvvəl 5 qramlıq 750 əyar qızıl üzüyün qiyməti 550 manat olduğu halda, hazırda 660 manatdan yüksəkdir.

Qızılın bahalaşmasının səbəbi ABŞ-də uçot dərəcəsinin aşağı salınması gözləntisi ilə bağlıdır. Bir neçə gün öncə ABŞ-nin mərkəzi bankı faizləri 50 bənd aşağı salıb. Gözlənilir ki, bu, son deyil və faizlər bir qədər də endiriləcək. Faizlərin azaldılması ilə yanaşı, ABŞ mərkəzi bankının pul-kredit siyasətini tədricən yumşaldacağı da gözlənilir. Hər iki dəyişikliklə əlaqədar investorlar qızıl yığımını artırır. Çünki dollar ucuzlaşanda və qiymətli kağızlar üzrə gəlirlilik azalanda qızılın dəyəri yüksəlir.

Proqnozlara görə, yeni vəziyyətdə bir troya unsiya qızılın dəyəri 3000 dolları ötə bilər. Qızılın bir qramının qiyməti isə 100 dollara çata bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, bir çox ölkələr son zamanlar diversifikasiya edir, öz ehtiyatlarını dollardan, avrodan və digər valyutalardan geri çəkərək daha çox qızıla çevirir. 

“Belə ölkələrə misal kimi Rusiyanı, Çini, Hindistanı və hətta Türkiyəni göstərmək olar. Bir çox ölkələr son 4-5 il ərzində valyuta ehtiyatlarını daha çox qızılla əvəzləyir. Təbii ki, bütün bunlar qızılın bahalaşmasına səbəb oldu. Qızıla olan tələbatı artıran bir səbəb də Ukrayna-Rusiya müharibəsidir. Çünki son bir neçə ildə Rusiyanın milyardlarla dollarlıq valyuta ehtiyatları Qərb tərəfdən donduruldu. 

Bu hadisədən sonra bir çox ölkə öz ehtiyatlarını xarici valyutada saxlamaqdan çəkinir. Ona görə də qızıla tələbatın artması qaçılmazdır. Elə ötəngünkü impulsiv bahalaşma da bundan irəli gəlir. Görünən odur ki, yaxın zamanda qızıl bahalaşmaqda davam edəcək”.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
54
4
bizim.media

10Источники