"Neftçi" Mislo Premyer Liqasının VIII turunda da qələbə qazana bilməyib.
Prosport.Az xəbər verir ki, "ağ-qaralar" doğma meydanda "Sumqayıt"la üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Gənclik şəhəri" təmsilçisində 70-ci dəqiqədə Cordan Rezabala hesabı açıb. Meydan sahiblərində Yuri Matias 76-cı dəqiqədə tarazlığı bərpa edib.
Paytaxt klubu bu nəticədən sonra 5 xalla 8-ci, qonaqlar 7 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk matçında "Zirə" "Kəpəz"i üç cavabsız qolla üstələyib. Ötən gün "Araz-Naxçıvan" "Səbail"i məğlub edib - 3:2. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта