Rusiyanın nüvə doktrinasına dəyişikliklərlə bağlı ilk təkliflərdən sonra ABŞ-də strateji nüvə qüvvələrinin təlimi keçirilib.Oxu.Az-ın xəbərinə görə, bu barədə "Rybar" tg-kanalı məlumat yayıbRusiyanın nüvə doktrinasına dəyişikliklərlə bağlı ilk təklifləri ölkə Prezidenti Vladimir Putin səsləndirib.Bundan dərhal sonra ABŞ-də strateji nüvə qüvvələrinin təlimi baş tutub. İki nüvə silahı daşıyan B-52N təyyarəsi Sakit okean üzərində havaya qalxıb.Eyni zamanda, ABŞ-nin qərb sahillərində nüvə sualtı qayığı hərəkətə keçib.Qərb Sahilində oxşar məşq sonuncu dəfə 2023-cü ilin mayında baş verib.Rusiya doktrinasında əhəmiyyətli dəyişiklikləri, eləcə də Asiya-Sakit okean regionunda artan gərginliyi nəzərə alsaq, bu təlimlər ABŞ nüvə qüvvələrinin hazır olduğunu nümayiş etdirmək üçün siyasi motivli görünür.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта