RU

Azərbaycan BMT-yə əsaslanan çoxtərəfli sistemdə islahatların tərəfdarıdır - Ceyhun Bayramov

Azərbaycan BMT-yə əsaslanan çoxtərəfli sistemdə islahatların tərəfdarıdır.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 16-cı plenar iclasında çıxışı zamanı deyib.

"BMT Nizamnaməsinin prinsipləri və məqsədləri beynəlxalq münasibətlərin fundamental normativ əsasını təşkil edir və seçici şəkildə deyil, ardıcıl şəkildə tətbiq edilməlidir. BMT bütün ölkələrin bərabər səsə malik olmasını və bərabər rəftar edilməsini təmin etmək səlahiyyətinə malikdir.

Bu baxımdan Azərbaycan BMT-yə əsaslanan, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə ciddi riayət edilməsinə və fərq qoymadan tətbiqinə əsaslanan çoxtərəfli sistemin dirçəldilməsi və islahatının tərəfdarıdır", - deyə nazir bildirib.

C.Bayramov əlavə edib ki, xoşməramlılıq və çeviklik, konstruktivlik və əməkdaşlıq ruhunda görülən işlərə və əldə edilmiş nailiyyətlərə əsaslanaraq BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasında təcili irəliləyiş lazımdır:

"Biz bir həftə əvvəl keçirilən əsas Gələcək Sammitini beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, çoxtərəfliliyə və beynəlxalq əməkdaşlığa ümumi sadiqliyimizin təsdiqi kimi qiymətləndiririk. Danışıqlar əsasında əldə olunan Gələcək Paktı hamı üçün daha yaxşı, daha davamlı və firavan dünya qurmaq üçün əsasdır".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
56
2
milli.az

10Источники