RU

Türkiyədə Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş kitab çap olundu

Ankarada mərhum millət vəkili, Türk Dünyasının görkəmli ziyalısı Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş kitab çap olunub.

Musavat.com xəbər verir ki, araşdırmaçı-jurnalist Şəhla Aslanın təşəbbüsü ilə hazırlanan bu kitab Q. Paşayevanın həyat və fəaliyyətinə dair fikirləri əks etdirən məqalələr toplusundan ibarətdir.

Kitabda Türkiyənin elm və təhsil adamlarının, siyasətçilərin, jurnalistlərin və digər tanınmış şəxslərin yazıları yer alıb.

Məqalələrdə Q. Paşayevanın ictimai-siyasi fəaliyyətinə, Türk dünyasının birliyinə və inkişafına verdiyi töhfələrə dair düşüncələr geniş şəkildə işıqlandırılır. Müəlliflər onun şəxsiyyəti və gördüyü işlər haqqında dərin fikirlərini bölüşərək, Paşayevanın böyük ictimai xadim kimi fəaliyyətini vurğulayıblar.

Şəhla Aslan Musavat.com -a bildirib ki, bu kitab Qənirə Paşayevanın düşüncələrini və ona olan münasibəti gələcək nəsillərə çatdırmaq üçün əhəmiyyətli bir mənbədir: “Bu kitabda Türkiyənin tanınmış şəxslərinin yazıları vasitəsilə Q. Paşayevaya olan düşüncələrlə onun həyat yoluna ışıq tutulur. Kitab Türkiyənin müxtəlif kitabxanalarına və mədəniyyət mərkəzlərinə təqdim ediləcək."

Musavat.com

Избранный
11
9
musavat.com

10Источники