Pakistan hakimiyyəti Fələstin xalqına humanitar yardımın 10-cu partiyasını göndərib.
Axar.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"29 sentyabr 2024-cü ildə Pakistan tibbi ləvazimatlardan ibarət 10-cu humanitar yardım partiyasını göndərib", - deyə departamentin açıqlamasında bildirilir.