RU

Pakistan Fələstin xalqına növbəti humanitar yardım göndərib

Pakistan hakimiyyəti Fələstin xalqına tibbi ləvazimatlardan ibarət humanitar yardımın 10-cu partiyasını göndərib.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Kəraçi Beynəlxalq Hava Limanında keçirilən yola salınma mərasimində Sindhdən olan Milli Assambleyanın (parlamentin aşağı palatası) üzvü Darşan, Pakistan xarici işlər nazirinin müavini Nəcib Durrani və Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının nümayəndələri iştirak ediblər.

Yükün İordaniyanın paytaxtı Əmmana çatdırılacağı, oradan isə Fələstinə yönləndiriləcəyi qeyd edilir.\\report.az

Избранный
139
3
musavat.com

10Источники