RU

İsrailin HƏMAS “ovu” davam edir: Təşkilatın qərargah rəhbəri də öldürüldü

Fələstinin HƏMAS hərəkatının Livandakı qərargahının rəhbəri Əbu əl-Əmin İsrailin hava hücumu nəticəsində həlak olub.

Editor.az bildirir ki, bu barədə qrupun mətbuat xidməti məlumat yayıb. Hücumun Livanın Tir şəhəri yaxınlığındakı fələstinli qaçqınlar üçün düşərgədə yerləşən evini hədəf alınması ilə hayata keçirildiyi iddia edilir. Onunla birlikdə evdə həyat yoldaşı, oğlu və qızı öldürülüb.

Sentyabrın 28-də İsrail ordusunun Livan şiə “Hizbullah” partiyasının baş katibi Həsən Nəsrullahı öldürdüyünü açıqlayıb. O, 32 il hərəkata rəhbərlik edib və Beyrutdakı “Hizbullah” qərargahına raket hücumu zamanı öldürülüb. Sonradan onun ölümünü hərəkatın özü də təsdiqləyib. Həmin gün HƏMAS a İsrailə qarşı vahid cəbhə yaratdığını elan edib. Bundan əlavə, hərəkat Beynəlxalq Cinayət Məhkəməsini baş katibin qətli ilə bağlı tədbir görməyə çağırıb. Fələstin hərəkatı həmçinin Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatından İsrailin Livandakı hərbi əməliyyatını dayandırmaq üçün tədbirlər görməyi tələb edib.

//Samir Qurbanov, Editor.az

Избранный
20
2
editor.az

3Источники