RU

Zahid Oruc: "Çevrilişin ləkəsi hələ də..."

Zəfər səlnaməsindən sonra keçirilən prezident və parlament seçkiləri bütün namizədlərin və milyonlarla seçicinin son bir əsrdə məcburi köçkün və işğal, Dağlıq Qarabağdan deyil, Böyük Qayıdış və Yeni siyasi hədəflərdən danışdığı ilk tarixi hadisədir. Prezident İlham Əliyevin Milli Məclisin açılış və  andiçmə məraisimlərində iştirakı və çıxışı mühüm dövlətçilik ənənəsi olmaqla hakimiyyətin vahidliyini göstərir, Ulu öndərin qanunverici orqandan başlayan siyasi kursunu davam etdirir.
 
Moderator.az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin iclasında deyib.
 
Deputatın çıxışının tamamını təqdim edirik:
 
"Gəlin, birlikdə xatırlayaq: 90-cı illərdə məhz Ali Sovetdən Mili Məclisə çevrilən parlament dövlətçiliyimiz üçün əsil minaya çevrilmişdi. Bütün çevriliş cəhdləri, hərbi-silahlı toqquşmalar və etnik separatizm, hakimiyyət uğrunda qanlı mübarizələrin baş ünvanı məhz bu bina idi. Çevrilişin ləkəsi hələ alkoponların altından silinməyib. Ulu Öndər Heydər Əliyev ölkədə sabitliyi və əminamanlığı birinci  olaraq, Milli Məclisdən başladı.
 
Azərbaycan tarixində Xankəndində hərbi parad keçirib gəlib Məclisin tribunasından Qələbə nitqi söyləyən tək lider İlham Əliyevdir. Bakı və Xankəndi indiki qədər vahid siyasətin, idarəçiliyin, quruculuğun və bir millətin-azərbaycanlıların əlində olmayıb. 90-cı illər parlamentində suverenliyə səs verənlər və ölkəyə prezident seçilən 1-ci şəxs, onun komandası nəinki Xankəndinə, bütün Qarabağa daxil ola bilmirdi. Ona görə də Qələbədən sonra hər bir azərbaycanlı kimi millət vəkillləri də bütövlüyü təmsil edirlər, daha işğal olunan rayonların köçkün təmsilçiləri deyillər. 
 
Seçkilər  beynəlxalq təhlükəsizlik  böhranı və “3-cü dünya müharibəsi”nin gündəmə  gəldiyi şəraitdə keçirilirdi. Ona görə də baş verən hər hansı qanun pozuntusu Brüsseldən ölkəmizi idarə etmək istəyən, bizə xaricdən dövlət başçısı, hökumət və parlament sırımağa çalışanların məqsədləri ilə müqayisədə statistik hadisədir. Şuşada qoyulan sandığa müqəddəs deyib, Qələbəmizi hakimiyyətin əleyhinə çevirməyə çalışanlar unudurlar ki, mədəniyyət paytaxtımızı məhz demokratiya şüarları ilə itirmişdik, indi isə dövlət, ordu və millətin gücü ilə  silahla azad etdik..Tanksız, topsuz azadlıq və müstəqillik məhvə məhkumdur. Bizdən ədalətli seçki tələb edənlərə cavabı bu yüksək kürsüdən ölkə rəhbəri özü verdi..Sitat:”suverenliyimizin bərpa edilməsində kim bizi təbrik edib-dostumuzdur, qarşı çıxıb, müttəfiqimiz ola bilməz.
 
Burada təmsilçilik qazanan müxalif qüvvələr də, bitərəflər də, hakimiyyət partiyasının nümayəndələri də İlham Əliyevin qələbəsinə görə uğur qazanıblar. Lakin Yeni Parlament seçkilərdə iştirak etməyən, yaxud əleyhinə səs verənlərin də təmsilçisi olacaqdır.
 
Əlbətttə, seçici fəallığının aşağı  olması, rəqabət mühiti ətrafında hakimiyyət institutuları dərin təhlillər aparır, lakin məntəqələrə gəlməyənlərə “passiv çoxluq” deyib, onlardan “kritik kütlə” və tərəfdar düzəldəcəklərini düşününlər fərqindədir ki, ən böyük xalq səsverməsi 44 günlük müharbə idi. Vahidləşən ölkəmizi seçki uğrunda parçalanan, qütbləşən xalq obrazı ilə əvəzləmək iflasa məhkumdur. 
 
Qanunveriiclik işləri planında ilk növədə, dövlət siyasətində birinci yerdə dayanan Böyük Qayıdışla bağlı Milli Məclisin üzərinə düşən vəzifələrdən danışmaq istərdik. 2022-ci ilin noyabrın 16-da qəbul edilən birinci dövlət proqramında ərazilərin bərpası, milli iqtisadiyyata inteqrasiyası və ərazilərə davamlı qayıdışın təmin edilməsi dövlətin gələcək inkişafının mühüm ictimai-siyasi, sosial-iqtisadi, ideoloji nüvəsini təşkil edir.
 
Ölkə rəhbərinin Azərbaycanın azad tarixi ərazilərinə intensiv səfərləri və qayıdış iştirakçıları ilə mütəmadi görüşləri, həmin ərazilərin tarixi, strateji əhəmiyyətinə xüsusi həssaslıqla, “Füzuli Şəhəri Günü”, “Laçın Şəhəri Günü”, “Zəngilan Şəhəri Günü”, “Cəbrayıl Şəhəri Günü”, “Qubadlı Şəhəri Günü” nündə müxtəlif açılış və təməlqoyma mərasimlərində şəxsən iştirakı,  Qarabağ və Şərqi Zəngəzurda yeni vətən quruculuğu deməkdir..
 
Lakin ötən günlərdə bir şəxsin öz evini kirayəyə verməsi ətrafında müxtəlfi informasiya platofrmlarında məcburi köçkünlər əleyhinə kampaniya başladı, daha sonra son 4 ildə Böyük qayıdışı sərvət bölgüsü və məmurların biznes məkanı adlandırılan daxili və xarici düşmənlərin Qələbəmiz əleyhinə beynəlxalq aksiyasına çevrildi. Bildiiyiniz kimi, məcburi köçkünlük və qaçqınlığa dair ötən on illər ərzində çoxlu qanunvericilik aktlarının yaradılması milli humanitar fəlakəti hüquqi cəhətdən aradan qaldırmağa  imkan verdi. Lakin Qayıdışın hüquqi əsaslarını formalaşdırmaq, qayıdışı   sistemli təşkili etmək, yeni torpaq islahatını aparmaq, məşğulluq və  sahibkarlıq fəaliyyətini təşkil/təşviq etmək üçün müvafiq qanunvericiliyin və normativ hüquqi bazanın mövcudluğu zəruridir. Ötən il mənsub olduğumuz Komitə müvafiq dövlət qurumunun hazırladığı “Qayıdış və reinteqrasiya haqqında” sənədi ali hakimiyyət orqanlarına təqdim edilib. Layihədə üç əsas məsələ-qayıdan şəxslərin hüquqi vəziyyəti, onlara iqtisadi və sosial güzəştlərin verilməsi, inteqrasiyanın təmin edilməsi və idarəetmənin əsaslarının yaradılması  ehtiva olunub. Əlbəttə, bunlar parlamentaimizin də tarixində misilsiz hadisələr olacaqdır. Biz ötən il may ayında azad torpaqlarda 10 illik müddətdə müxtəlif vergi növlərindən azad olunmanı nəzərədə tutan qanunvericilik aktlarını qəbul etmişdik. Əgər hüquqi çərçivəni vaxtında yaratmasaq, kənar qüvvələr prosesi  öz inhisarına götürəcək və informasiya şəbəkələrində müqəddəs Qayıdış hərəkatına kölgə salmağa çalışacaqlar.
 
İkinci məsələ də qanunvericilik sistemimizdə Qarabağın azadlığından sonrakı vəziyyətlə-obrazlı desək, qanunlarımızı işğalın mirasından azad etməkdir. 
 
Ölkəmizin tərəfdar çıxdığı beynəlxalq normalara qoşularkən həmin ərazilərdə beynəlxalq hüquq və prinsiplərin, tərəfdar çıxdığımız Konvensiyaların müddəalarının məhdud çərçivədə yerinə yetirilməsinə dair dövlət tərəfindən xüsusi qeyd-şərtlər və bəyanatlar verilib.
 
Həmçinin, Azərbaycan Respublikasının qanunvericilik aktlarında, o cümlədən bir sıra dövlət orqanlarının və qurumlarının nizamnamələrində “Dağlıq Qarabaq”, “işğal edilmiş ərazilər” və s. ifadələr, adlar hələ də qalmaqdadır.
 
Ərazilərin işğaldan azad olunmasından və Azərbaycanın bütün ərazilərində de-fakto yurisdiksiyasının bərpasından sonra həm Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq normalarla bağlı bəyanat və qeyd-şərtlərin (işğal olunmuş ərazilərə münasibətdə) ləğvi və milli qanunvericilik aktlarında, qeyri-normativ hüquqi aktlarda düzəlişlərin edilməsi zərurəti vardır. Onların ləğv edilməsi ilə bağlı qanun layihələrini hazırlayaraq, Milli Məclisə təqdim etməsi məqsədəuyğundur;
 
Azərbaycan Respublikasının de-fakto yurisdiksiyası tam təmin olunduğu və şəraitin əsaslı surətdə dəyişməsini nəzərə alaraq, müvafiq beynəlxalq razılaşmalarla bağlı verilən bəyanat və qeyd-şərtlərə dair qanunlara yenidən baxılması zəruridir.
 
Gürcüstanda oktyabrda keçiriləcək parlament seçkiləir qarşısında geosiyasi toqquşma meydanına çevrilib və getdikcə Amerikadan və Avropa Birliyindən artan təzyiqlər ölkəni tam izolyasiyaya məruz qoya bilər. Lakin ölkə Qərb demokratiya yolu ilə deyil fərqli millli yol seçməyə çalışır. Son təzyiqlərin rəsmən elan edilən bəhanəsi iki qanuna görədir-“Xarici agentlər haqqında” qanuna və ailə dəyərlərini qorumaq üçün 18 qanun layihəsinin birləşdiyi paketi qəbul etməsidir...
 
Prezidentin parlamentdəki çıxışı da ailə , məktəb, cəmiyyətin qorunması, uzun illər bizə xaricdən gündəlik müəyyənləşdirənlərə qarşı mübarizə və ideoloji hədəflərin, Qarabağdan sonrakı milli ideyanın düzgün tapılmasıdır. Ümidvarıq ki, Məclis bu istiqaməti payız sessiyasında əsas hədəfində saxlayacaqdır".
 
Избранный
36
4
moderator.az

5Источники