RU

“Razıyıq ki, ot örtüyündə problemlər vardı, amma...” – PFL rəsmisi

Cümə günü “Araz-Naxçıvan” Misli premyer-liqasının 7-ci turu çərçivəsində “Səbail”i3:2 hesabıyla məğlub etdi.

Oyun Sumqayıtdakı “Kapital Bank Arena”ya keçirildi. Oyunu izləyən hər kəs qazonun pis vəziyyətdə olduğunu, hətta bəzi yerlərdə yaşıl otdan əsər-əlamət qalmadığını gördü. Görəsən, PFL oyunun Sumqayıtda keçirilməsinə razılıq verərkən bu nüansları nəzərə almayıbmı?

Peşəkar Futbol Liqasının Media və Marketinq direktoru Sənan Abdullayevin “Football-plus.az”a söylədikləri:

“Araz-Naxçıvan”ın öz stadionunda otun durumu ilə bağlı fors-major hal yaşandı. Alternativ variant kimi Sumqayıtı təqdim etdilər. “Kapital Bank Arena”ya PFL-in, hətta hər iki klub nümayəndəsinin birgə baxışından sonra bir oyun keçirilməsinə qərar verildi. Razıyıq ki, ot örtüyündə problemlər vardı. Amma hər iki tərəf bunu uyğun saydıqdan, oynamağa münasib gördükdən sonra bu qərar verildi və oyun keçirildi”.

RÖYANƏ OĞUZ
Избранный
30
football-plus.az

1Источники