RU

Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib, deputat vəsiqələri təqdim edilib, komitələr formalaşdırılıb - Yenilənib

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasının ilk iclası keçirilib...

Poliqon-un xəbərinə görə, sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim edilib.

İclasda həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşdırılıb, Milli Məclisin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı qəbul edilib, parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb.

***

VII çağırış Milli Məclisin payız sessiyasında ilk plenar iclası başlayıb.

Poliqon xəbər verir ki, spiker Sahibə Qafarova sessiyanı açıq elan edib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Toplantının gündəliyinə 17 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin seçilməsi haqqında.

2. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin seçilməsi haqqında.

3. Milli Məclisin İnsan hüquqları komitəsi üzvlərinin seçilməsi haqqında.

4. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvlərinin seçilməsi haqqında.

5. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvlərinin seçilməsi haqqında.

6. Milli Məclisin Aqrar siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.

7. Milli Məclisin Əmək və sosial siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.

8. Milli Məclisin Səhiyyə komitəsi üzvlərinin seçilməsi haqqında.

9. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi üzvlərinin seçilməsi haqqında.

10. Milli Məclisin Gənclər və idman komitəsi üzvlərinin seçilməsi haqqında.

11. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin seçilməsi haqqında.

12. Milli Məclisin Regional məsələlər komitəsi üzvlərinin seçilməsi haqqında.

13. Milli Məclisin Elm və təhsil komitəsi üzvlərinin seçilməsi haqqında.

14. Milli Məclisin Mədəniyyət komitəsi üzvlərinin seçilməsi haqqında.

15. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin seçilməsi haqqında.

16. Milli Məclisin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında.

17. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqında.

Toplantıda Mərkəzi Seçki Komissiyası yeni seçilən deputatlara vəsiqələr təqdim edəcək.

Poliqon.info 

Избранный
42
49
poliqon.info

10Источники