RU

Şəkər çuğunduru yığımında 15 min tonluq artım - Rəqəmlər

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda sahələrdən 24 min 469.5 ton şəkər çuğunduru yığılıb.

Valyuta.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 min 474,5 ton və ya 172 % çoxdur. Ötən ilin eyni dövründə Azərbaycanda sahələrdən 8 min 995 ton şəkər çuğunduru yığılıb.

Bu ilin ilk səkkiz ayında şəkər çuğunduru əkilmiş 6 min 797,9 hektar ərazinin 740,5 hektarında yığım işləri aparılıb. Ötən ilin ilk səkkiz ayında isə məhsul yığılan sahə 454,2 hektar olub.

 Əvəz Həsənov

Избранный
56
valyuta.az

1Источники