RU

Azərbaycan Kuboku: yeni mövsümün püşkü atıldı - FOTO

Azərbaycan Kubokunda 2024/2025 mövsümünün püşkü atılıb.

Sportal.az xəbər verir ki, ilkin mərhələdə yalnız II Liqa klubları mübarizə aparacaq. I Liqa və Premyer Liqa təmsilçiləri növbəti mərhələlərdə mübarizəyə qoşulacaq.

1/8 final da daxil olmaqla ilkin mərhələlər bir oyundan ibarət olacaq. Turnir 1/4 finaldan etibarən isə ev-səfər prinsipi ilə oynanılacaq.

I təsnifat mərhələsinə 12-13 oktyabr tarixlərində start veriləcək.

Ölkə kubokunun final matçının da tarixi bəllidir. Həlledici oyun 1 iyun tarixində baş tutacaq.

saytlarin hazirlanmasi

Избранный
13
1
sportal.az

2Источники