RU

Azərbaycan Superkuboku bu mövsüm də keçirilməyəcək

“Klublarımız Superkubokun keçirilməsinə maraq göstərmir”. Matc.az xəbər verir ki, bunu PFL prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov deyib. “Klublarımız Superkubokun keçirilməsinə maraq göstərmir”. Matc.az xəbər verir ki, bunu PFL prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov deyib. O, Azərbaycan Kubokunun 2024-25 mövsümünün püşkatma mərasimində bildirib ki, hazırda Superkubok oyununun keçirilməsi gündəmdə deyil: “Superkubok bizdə sonuncu dəfə 2012-ci ildə keçirilib. Bu matçın təşkili üçün vaxt olduqca önəmli amildi. Yalnız titul yarışı olduğu üçün komandalar buna maraq göstərmirlər. Azərbaycan futbol tarixində belə bir təcrübə olub. Ötən il də bu məsələ gündəmə gətirilmişdi. Ancaq hazırda Superkubok keçirilməsi bizim üçün aktual deyil”. Qeyd edək ki, bu gün Azərbaycan Kubokunda mövsümün püşkü atılıb.

Избранный
37
matc.az

1Источники