RU

Nazim Bəydəmirliyə HÖKM OXUNDU

Keçmiş deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Bəydəmirlinin vəkili Aqil Layıc müvəkkilinin təqsirsizliyini göstərən sübutları sadalayıb.
Vəkil verilmiş ittihamların əsaslı olmadığını bəyan edərək bəraət hökmü çıxarılmasını xahiş edib.
N.Bəydəmirli isə son sözündə özünü təqsirsiz bildiyini qeyd edərək, “mən nə iqtidara, nə müxalifətə yaxın olmuşam. Tam müstəqil deputat idim. Bəs nəyin və kimin günahını çəkirəm? Mən sifarişlə də həbs edilməmişəm. Adımın da siyasi məhbus kimi hallanması heç xoş deyil. Bu işdə mən günahsızam. Məhkəmədən bəraət istəyirəm, – deyib.
Bütün çıxışlar yekunlaşdıqdan sonra hökm elan edilib. Fərid Namazovun sədrlik etdiyi məhkəmə hetəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı ilə təsdiqini tapıb.
Hökmə əsasən, Nazim Bəydəmirli hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Bəydəmirli ötən il həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb.
Избранный
55
11
heftelik.az

10Источники