RU

Axşam saatlarında qatar reysləri artırılır? - RƏSMİ

Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edəcək elektrik qatarlarının axşam saatlarında artırılması olduqca zəruri hala çevirilib. 

News24.az xəbər verir ki, dərs mövsümü başlayandan sonra Bakı-Sumqayıt yolunda hərəkət tıxac səbəbindən dözülməz həddə çatıb. Buna görə də Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edən elektrik qatarlarının axşam saatlarında sayının artması əhalinin daha rahat şəkildə mənzil başına çatmasına yardımçı olar. 

Məsələ ilə bağlı ADY-nin mətbuat katibi Sənubə Nəzərovaya sual ünvanladıq. S.Nəzərova cavabında "hazırda mövcud qatar parkımıza əsasən qatarlar ən optimal qrafik üzrə hərəkət edir" - deyə, bildirib. 



Избранный
32
news24.az

1Источники