RU

Aşıq Ələsgərin nəticəsi: Təəssüf ki...

Müğənni Talıb Tale ulu babası Aşıq Ələsgərin bu gün paytaxtda açılışı olan heykəlinin görüntüsünün müzakirə yaratmasına münasibət bildirib. 

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, o, hazırda xaricdə olduğu üçün açılış mərasimində iştirak edə bilmədiyinə təəssüflənib: 

“Heykəli canlı şəkildə görməmişəm. Ölkəyə sabah qayıdacağam. Fotoları ilk dəfə görəndə müəyyən müzakirələr getdi. Hərə öz fikrini bildirdi. Bəli, mən də iradımı bildirdim ki, daha yaxşı ola bilərdi. Saztutma şəklini, heykəlin müəyyən “proporsiya”larını o qədər də bəyənməmişdim. Dəyişikliklər olunmasını istəyərdim. Nədənsə yekunda bu cür qərar verilib. Ən birincisi, təqdirəlayiq haldır, çox sevinirik ki, babamızın heykəli ucaldılıb. Bununla fəxr edirik. Qalan məsələlərə ziyalılar qərar verərlər...”  vakansiya

Talıb Talenin babası Aşıq Talıb Aşıq Ələsgərin kiçik oğlu olub. Müğənni öz babasının adını daşıyır. 


Telegram kanalımız
Избранный
13
5
yenisabah.az

6Источники