RU

Azərbaycan və Yəmən prokurorluq orqanları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan

Bakı, 30 sentyabr, AZƏRTAC

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 30-da Baş prokuror Kamran Əliyev Yəmən Respublikasının Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ölkələrimiz arasında tarixən mövcud olan əlaqələrin müasir dövrdə ikitərəfli və beynəlxalq təşkilatlar müstəvisində inkişaf etdiyini bildirən Baş prokuror K.Əliyev İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın təqdirəlayiq olduğunu vurğulayıb.

Qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan K.Əliyev Yəmən Respublikasının Prokurorluq orqanları ilə münasibətlərin BPA və digər peşəkar platformalarda uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətinə diqqət çəkən Baş prokuror bu tədbirin iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə əhəmiyyətli bir mərhələ olacağını qeyd edib.

Yəmən Respublikasının Baş prokuroru eyni dinə mənsub iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Избранный
9
6
azertag.az

10Источники