RU

Alternativ və bərpaolunan enerji siyasəti Azərbaycanın enerji siyasətində hansı mövqeyə malikdir?


 Alternativ və bərpa olunan enerji siyasəti Azərbaycanın enerji siyasətində son illərdə getdikcə daha önəmli bir mövqeyə malik olmağa başlayıb. Ölkə neft və qaz kimi ənənəvi enerji mənbələrinin zənginliyi ilə tanınsa da¸ Azərbaycan höküməti iqtisadiyyatın neftdən asıllılığını azaltmaq, ətraf mühiti qorumaq və enerji təhlükəsizliyini bərpa etmək məqsədilə bərpa olunan enerji mənbələrinə ciddi şəkildə diqqət yetirməyə başlayıb. Azərbaycanın  alternativ enerji potensiyalı xüsusilə günəş, külək, su, bioenerji və geotermal enerji mənbələri baxımından böyükdür. Alternativ enerji, ənənəvi enerji mənbələrinin (neft, qaz) yerinə istifadə edilən, təmiz və ekoloji cəhətdən zərərsiz olan enerji növləridir. Bərpaolunan enerji isə günəş, külək, hidroelektrik və biokütlə kimi təkrar istehsal oluna bilən mənbələri əhatə edir. Son dövrlərdə dünya miqyasında bərpaolunan enerji mənbələrinin önəmi artdıqca, Azərbaycan da bu sahədə strateji addımlar atmağa başlamışdır.

 1. Qlobal İqlim Dəyişikliyi və Enerji Təhlükəsizliyi: İqlim dəyişikliyinin qarşısını almaq üçün qlobal səviyyədə karbon emissiyalarını azaltmaq məqsədilə bərpaolunan enerji mənbələrinin istifadəsi təşviq edilir. Bu, Azərbaycanın enerji təhlükəsizliyini artırmaqla yanaşı, beynəlxalq miqyasda da müsbət imicini gücləndirir.

 2. Dövlət Proqramları, Sazişlər və İnvestisiyalar: Azərbaycan Respublikası Prezidentinin 2019-cu ildə imzaladığı "Bərpaolunan Enerji Mənbələrinin İnkişafı üzrə Dövlət Proqramı" ölkədə bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə stimul vermişdir. Bu proqram çərçivəsində günəş və külək enerjisi layihələrinin inkişafı prioritetlərdən biridir. 

2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. 

3. Beynəlxalq Əməkdaşlıq: Azərbaycan, beynəlxalq enerji təşkilatları ilə əməkdaşlıq edərək, bərpaolunan enerji sahəsində yeni texnologiyaların və investisiyaların cəlb edilməsinə çalışır. Ölkə, həmçinin Avropa İttifaqı ilə enerji dialoqunda bərpaolunan enerji layihələrinin reallaşdırılması üçün müzakirələr aparır. 

Alternativ və bərpaolunan enerji siyasəti, Azərbaycanın enerji siyasətində strateji bir yer tutmaqdadır. Bu siyasət, ölkənin enerji təhlükəsizliyini artırmaqla yanaşı, ekoloji balansın qorunmasına, iqtisadi inkişafın davamlı olmasına və beynəlxalq aləmdə müsbət imicinin formalaşmasına xidmət edir. Gələcəkdə bu sahədə atılacaq addımlar, Azərbaycanın enerji müstəqilliyini və dayanıqlılığını daha da gücləndirəcəkdir. 


Saadova Natella


Избранный
40
azia.az

1Источники