RU

Boris Conson II Elizavetanın ölüm səbəbini açıqlayıb

Böyük Britaniyanın keçmiş kraliçası II Elizavetaya ölümündən təxminən bir il əvvəl sümük xərçəngi diaqnozu qoyulub.

Qaziler.az “Daily Mail”ə istinadla bildirir ki, bu sözləri Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “Unleashed” (Açılmamış)  xatirələrində deyib.

Onun sözlərinə görə, ölümündən iki gün əvvəl monarx onun istefasını qəbul edib və “öz iti ağlını nümayiş etdirib”.

“Bir il və ya daha çox müddət idi ki, onun sümük xərçəngi olduğunu bilirdim. O, solğun və əyilmiş görünürdü. Onun qollarında və biləklərində tünd qançırlar var idi. Ehtimal ki, bu izlər damcı və ya inyeksiya nəticəsində olmuşdu”, - Conson yazıb.

Qeyd edək ki, Britaniya kraliçası II Elizaveta 8 sentyabr 2022-ci ildə 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Kral ailəsi heç vaxt monarxın diaqnozunu təsdiqləməyib və onun ölüm şəhadətnaməsində səbəb kimi "qocalıq" göstərilib.

QAZİLER.AZ

Избранный
101
3
qaziler.az

5Источники