"Beşiktaş" Türkiyə Superliqasında 7-ci tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, İstanbul klubu səfərdə "Kayserispor"la qarşılaşıb. Matç qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Kayserispor" - "Beşiktaş" - 0:3
Qollar: Fernandes, 56, İmmobile, 78-pen.90+1
Bu qələbə ilə xalını 16-ya (6 oyun) çatdıran "Beşiktaş" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Qalatasaray" 19 xalla (7 oyun) 1-ci, "Fənərbaxça" 16 xalla (7 oyun) 2-cidir. "Kayserispor" isə 3 xalla 17-ci pillədə yer alıb.