RU

"İstənilən hərbi müdaxilə vəziyyəti kəskin şəkildə pisləşdirəcək" - Borrel

Avropa Birliyinə üzv ölkələr BMT Təhlükəsizlik Şurasının Livandakı vəziyyətlə əlaqədar iclasının təcili çağırılmasını tələb edirlər.

Teleqraf.comxəbər verir ki, bu barədə Avropa Birliyinin baş diplomatı Jozep Borrell danışıb.

"Üzv ölkələr də BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır və biz atəşkəsə nail olmaq üçün bütün diplomatik səyləri göstərəcəyik", - o deyib.
Borrellin sözlərinə görə, xarici işlər nazirləri Livandakı vəziyyətdən həddindən artıq narahat olduqlarını bildiriblər və hər hansı müdaxilənin vəziyyəti kökündən pisləşdirəcəyini vurğulayıblar:

“İstənilən hərbi müdaxilə vəziyyəti kəskin şəkildə pisləşdirəcək və bunun qarşısını almaq lazımdır”.


Müəllif: Teleqraf.com
Избранный
54
teleqraf.com

1Источники