RU

Livanda İsrailin hava hücumları nəticəsində son sutka ərzində 95 nəfər ölüb

Livanın Səhiyyə Nazirliyi, İsrailin bazar ertəsi Beyrut, şimal və cənub yaşayış məntəqələri, ölkənin şərq və şimal-şərqində, Suriya ilə sərhədə yaxın “Baalbek” və “Hermel” şəhərlərinin kənarlarında həyata keçirdiyi aviazərbələr nəticəsində itkilər barədə məlumat yayıb.

APA xəbər verir ki, Səhiyyə Nazirliyinin “X” səhifəsində dərc edilən xülasədə ölənlərin sayının 95, yaralananların isə 172 olduğu bildirilir.

Bazar günü isə İsrailin bombardmanı nəticəsində 132 livanlı ölüb, 359 nəfər yaralanıb.

Избранный
61
1
apa.az

2Источники