RU

“Ən böyük problem ölkənin suvarma suyunun idarə edilməsindədir”

“Ən

“Ümumiyyətlə, Azərbaycanda su məsələsi bir qədər problemli məsələdir. Bu da ondan qaynaqlanır ki, Cənubi Qafqazda su ehtiyatlarımız digər iki ölkənin su ehtiyatlarından xeyli azdır. Azərbaycanda su ehtiyatları ciddi şəkildə idarə olunmalıdır”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli söyləyib.

İçməli su sahəsində idarəetmənin normaya yaxın olduğunu deyən ekspert bildirib ki, ən böyük problemin ölkənin suvarma suyunun idarə edilməsindədir: “Suyun və su istifadəçilərinin müxtəlif seqmentləri var. İçməli su sahəsində idarəetmə demək olar ki, normaya yaxın şəkildədir. Yəni içməli su idarə olunur. Ölkənin bir neçə şəhərlərində demək olar ki, bu problem aradan qaldırılıb. Amma ən böyük problem ölkənin suvarma suyunun idarə edilməsindədir. Suvarma suyu hazırda demək olar ki, heç bir qurum tərəfindən idarə olunmur. Su qurumlarının bir təşkilat altında birləşdirilməsi bu problemləri aradan qaldırmaq üçün açar olacaqsa mən o fikirlə razıyam. Ölkə ərazisində il ərzində ən azı 2 min kvadrat kilometr su ehtiyatı yaranır ki, bundan 2 milyon hektar ərazini rahat suvarmaq mümkündür. Bu, dünya təcrübəsində təsdiq edilmiş məsələdir”.

Röya İsrafilova

Xalq Cəbhəsi Qəzeti | Bütöv Azərbaycanın qəzeti

Избранный
33
xalqcebhesi.az

1Источники