RU

İranın birinci vitse-prezidenti Ermənistana GETDİ

İranın birinci vitse-prezidenti Məhəmməd Reza Aref Avrasiya İqtisadi İttifaqının dövlət başçılarının Zirvə Görüşündə iştirak etmək üçün İrəvana gedib.

Musavat.com xəbər verir ki, İranın birinci vitse-prezidenti Ermənistanın baş naziri Nikol Paşinyanın dəvəti ilə bu ölkəyə səfər edib.

Məlumata görə, bir günlük səfər çərçivəsində Məhəmməd Reza Arefin Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət başçılarının görüşündə çıxış etmək və bu sammitə qatılan ölkələrin baş nazirləri ilə görüşüb danışıqlar aparması nəzərdə tutulub.

Musavat.com

Избранный
22
musavat.com

1Источники