RU

Azərbaycanda iş tapmaq problemi - Yaş və cinsi ayrı-seçkilik - VİDEO

Sənət sahibi olmaq, karyera qurmaq hər bir gəncin arzusudur, amma bu arzu çoxları üçün əlçatmaz olur.


İş elanlarında gender və yaş ayrı-seçkiliyi açıq şəkildə özünü göstərir. Bundan əlavə, 18-25 yaş aralığında qadın işçi axtarışı, ya da 21 yaşında gənclərdən bir neçə illik iş təcrübəsi tələb edilir.

Hansı ki, Azərbaycanda işə qəbul zamanı yaş və cins ayrı-seçkiliyi qanunla qadağandır. Əmək Məcəlləsində işəgötürənlərdən bərabər münasibət göstərmələri tələb olunur. Qanuna görə, vətəndaşlar cinsinə, yaşına, milliyətinə, irqinə və digər şəxsi xüsusiyyətlərinə görə ayrı-seçkiliyə məruz qalmamalıdırlar.

Amma reallıq başqadır.

Belə olan halda insanlarımız vəziyyətdən necə çıxsın?

Bu mövzu ilə bağlı BTV-nin suallarını sosioloq Üzeyir Şəfiyev cavablandırıb:



BakuPost

Избранный
30
bakupost.az

1Источники