RU

Norveçdən alınan qızılbalığın filesinin qiyməti 40 manatdan bahadır - Rəqəmlər

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xarici ölkələrdən 130 kiloqram qızılbalıqların filesi gətirilib.

Valyuta.az rəsmi mənbələrə istinadən xəbər verir ki, bu miqdarda məhsulun idxalına 3 min 80 dollar vəsait xərclənib. Alınan məhsulun 110 kiloqramı Norveçin, 20 kiloqramı Belçikanın payına düşüb. Norveçdən alınan qızılbalığın filesinə 2 min 730 dollar, Belçikadan alınan qızılbalığın filesinə 350 dollar vəasit xərclənib. 

Hesablamalardan göründüyü kimi, Norveçdən idxal olunan qızıl balığının filesinin bir kiloqramının orta gömrük dəyəri 24,8 dollar (42,2 manat), Belçikadan alınan bu məhsulun bir kiloqramının orta gömrük dəyəri isə 17,5 dollar (29,75 manat) olub.

Bununla yanaşı, bu dövrdə Litvadan 90 kiloqram Sakit okean qızılbalığının filesi gətirilib ki, buna da çəkilən xərc 1 500 dollar olub. İdxal olunan məhsulun bir kiloqramının orta gömrük dəyəri 16,7 dollar (28,3 manat) təşkil edib.

Əvəz Həsənov

Избранный
32
valyuta.az

1Источники