RU

İsrailin quru əməliyyatı ABŞ hökumətində parçalanmaya səbəb olub -"Politico"

İsrailin Livanın "Hizbullah" hərəkatına qarşı quru əməliyyatına başlaması ABŞ hökumətində parçalanmaya səbəb olub.

Bu barədə Amerikanın “Politico” qəzeti öz mənbələrinə istinadən yazıb.

“Hizbullah"a belə bir  diqqət ayırmaqla bağlı qərar ABŞ hökumətində fikir ayrılığına səbəb olub. Bu həm də Pentaqonda oturanlarda etiraz doğurub”, - nəşr yazır.

Livan və İsrail arasında münaqişənin gərginləşməsi ABŞ-nin müdafiə qurumundan başqa, Dövlət Departamentində, eləcə də kəşfiyyatda dəstəklənməyib. Adı çəkilən qurumlar belə hesab edirlər ki, İsrailin Livanda quru əməliyyatına başlaması ABŞ hərbçilərinin münaqişəyə cəlb olunmasına gətirib çıxaracaq.

Xatırladaq ki, oktyabrın 1-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (TSAXAL) Telegram kanalında Livanın cənubunda "Hizbullaha" qarşı məhdud quru reydlərinin başladığını elan edib.

Tural
Избранный
40
news365.az

1Источники