Ermənistanın Ədliyyə Nazirliyinin rəhbəri Qriqor Minasyan vəzifəsindən istefa vermək qərarına gəlib.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
“Bu gün mən səlahiyyət müddətimə qarşı imza toplanmasına qoşulmaq qərarına gəldim”, - deyə Minasyan bildirib.
Bundan əvvəl parlamebtdəki hakim fraksiya Minasyanın vəzifədən kənarlaşdırılması üçün imza toplanması təşəbbüsü ilə çıxış edib və onları baş nazir Nikol Paşinyana təqdim etməyi planlaşdırıb.
Musavat.com