RU

Yediyimiz qidalardan izlədiyimiz filmlərə qədər... - Ekspert aqressiya və kriminal halların artmasından danışdı

Son vaxtlar insanların aqressiv davranışları,bir-birinə şiddət göstərməsi, yaşanan qətl və bıçaqlanma halları, küçə davaları artıb. Tez-tez mediada bu cür xəbərlər yayılmasının şahidi oluruq. Bəzən ölkədə bir gündə 4-5 qətl və adam yaralma xəbəri oxuyuruq. Belə ki, gəncindən yaşlısınadək  hər kəs çox aqressivdir. İnsanların daxillindəki əsəb, gərginlik isə onların davranışlarına da sirayət edib. Nəticədə ictimai yerlərdə xoşagəlməz hadisələrə daha sıx rast gəlinir. İnsanlar arasında aqressiyanın artması və kriminal halların vüsət almasının səbəbi nədir? 

 Bununla bağlı sosioloq Lalə Mehralı Sitat.info-ya açıqlama verib.

 O bildirib ki, insanların bir-birinə qarşı bu cür aqressiv olması bir səbəbdən deyil, bunun altında bir çox faktorlar dayanır:  "Ola bilər ki, ailədə bu cür davranışları görürlər  və tətbiq edirlər. Ola bilər uşaqlıqdan bəri yaşadığı hadisələr onları buna  vadar edir. Həmçinin tamamilə kənar hadisələrin təsirinə düşərək belə davranış sərgiləyənlər də var". 

 L.Mehralı həmçinin onu da vurğulayıb ki, ümumiyyətlə yediyimiz qidalar, izlədiyimiz filmlər, verilişlər, qəbul etdiyimiz zəhərli hava və ətrafda baş verən hadisələr də bu aqressiyanın səbəbləri arasındadır: "Bunun qarşısını almaq üçün içində şiddət və aqressiya olan filmlər izləmək yerinə daha fərqli mövzular seçmək olar". 

Ceyran İsmayılzadə,

Sitat.info

Избранный
28
sitat.info

1Источники