RU

Səudiyyə Ərəbistanı ilə birgə müəssisələrin yaradılması barədə müzakirələr aparılıb

"Səudiyyə Ərəbistanından olan nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.

Nazir qeyd edib ki, ikitərəfli investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə müəssisələrin yaradılması, Səudiyyə Ərəbistanından olan investorların Azərbaycanın sənaye parklarında rezident qismində iştirakı imkanları barədə müzakirələr apardıq.

"Birgə fəaliyyətin gücləndirilməsinin ölkələrimizdə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əhəmiyyətini vurğuladıq", - deyə nazir əlavə edib.

Избранный
25
5
vergiler.az

7Источники