RU

Natiq Cəfərli sədr kimi fəaliyyətə başladı

Natiq Cəfərli REAL Partiyasının sədri olaraq bu gündən fəaliyyətə başlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu haqda Natiq Cəfərli özü məlumat verib. “REAL Partiyası Siyasi Komitəsinin yekdil qərarı ilə partiyanın sədri vəzifəsinə seçildim – bu gündən sədr kimi fəaliyyətə başlayıram. 

Siyasi Komitənin üzvlərinə göstərdikləri böyük ehtimad üçün minnətdaram. Bundan əlavə REAL Partiyası üzvlərindən ibarət “Facebook” qrupunda da onlarla aktiv üzvün iştirakı ilə sərdlik mövzusunda sorğu keçirildi, iştirak edənlərin əksəriyyəti mənim adımı qeyd etdilər – aktiv üzlərimizə güvəndikləri üçün dərin təşəkkürümü bildirirəm. 

REAL Partiyasının ölkənin siyasi səhnəsində öz özəl yeri, dəsdi-xətti var, səhvlərimizlə də, düzgün qərarlarımızla da doğru saydığımız yolla irəliləmişik. REAL peşəkar və savadlı insanlar tərəfindən kollektiv idarə olunur, Siyasi Komitə əsas qərarverici orqandır, orada toplaşan insanların biliyi, bacarığı Partiyanın idarə edilməsində bundan sonra da mühim rol oynayacaq”. 

N.Cəfərli REAL Partiyasında ana xəttinin, seçkilərə köklənmiş partiya xəttinin davam edəcəyini, amma bəzi dəyişikliklərin də olacağını bildirib: 

“Partiyada yeni qurumlar yaranacaq, partiya cəmiyyətdə əsas diskussiya mərkəzlərindən birinə çevriləcək, REAL-ın bir çox yeni layihələri yeni ildən start götürəcək, REAL Vətəndaş Cəmiyyəti ilə daha aktiv işləyəcək. REAL Partiyası parlamentdə təmsil olunur deyə, cəmiyyətin müxtəlif maraq qruplarının təkliflərini qanun layihəsi formatına salaraq Milli Məclisə təqdim edəcək – bunun üçün hamınızı əməkdaşlığa, iştirakçılığa dəvət edirik. 

REAL Partiyası özü də iqtisadi və sosial problemlərin həllinə yönəlik yeni qanun layihələri təşəbbüsləri ilə çıxış edəcək. 

Respublika, Cümhuriyyət dəyərlərinin ciddi təzyiq altında olduğu indiki dövrdə REAL Partiyası cəmiyyətin müxtəlif maraq qruplarını əməkdaşlığa, mövzular ətrafında müzakirələrə dəvət edir. Bizim də bu illər ərzində səhvlərimiz olub – zatən iş olan yerdə səhvlər də olur, əsas odur ki, doğru nəticələr çıxarıb hədəfə doğru, ölkənin hakim partiyası olmaq yolunda yorulmadan, usanmadan, bütün çətinliklərə, maneələrə baxmadan irəliləyəcəyik”. 

Избранный
26
cebheinfo.az

1Источники