RU

“Real Madrid”in qapıçısı üç həftə oynamayacaq

“Real

Bakı, 1 oktyabr, AZƏRTAC

İspaniya La Liqasının VIII turunda “Atletiko” ilə keçirilmiş derbi oyununda zədələnən “Real Madrid”in qapıçısı Tibo Kurtuanın durumuna aydınlıq gəlib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, sol ayağında problem aşkarlanan belçikalı qolkiper üç həftə yaşıl meydanlardan uzaq qalacaq.

O, Çempionlar Liqasında “Lill” (Fransa) və La Liqada “Vilyarreal”la oyunlarda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Tibo Kurtua bu mövsüm “Real Madrid”in heyətində 11 matçda meydana çıxıb.

Избранный
35
1
azertag.az

3Источники