RU

“Barselona” ötən mövsümü itki ilə başa vurduğunu açıqladı

Kataloniya nəhəngi “Barselona” geridə qalmış 2023/2024-cü illər mövsümünü itki ilə başa vurduğunu açıqlayıb.

Arena.az məlumat verir ki, bu barədə klubun mətbuat xidməti “blauqrana”nın rəsmi saytı üzərindən hesabat dərc edib.

Qeyd edildiyi kimi, klub himayədarlıq müqavilələrindən rekord məbləğdə gəlir əldə edib – 210 milyon avro məbləğdən çox. Həmçinin Kataloniya nəhəngi oyunçu transferlərindən rekord məbləğdə gəlir əldə edib. Bu qazanc 80 milyon avro məbləği keçib. Əmək haqqı fondu isə 670 milyon avro məbləğdən təxminən 500 milyon avro məbləğə düşüb.

Hesabatda vurğulanır ki, “Kamp Nou”nun təmirə bağlanması ilə əlaqədar, “blauqrana”nın öz ev oyunlarını Olimpiya stadionunda keçirməsi amili, illik mütəmadi gəlirin 100 milyon avro məbləğdən çox azalması ilə nəticələnib.

“Klub 2023/2024-cü illər mövsümü üçün müəyyən edilmiş maliyyə hesabatlarını mənfi 91 milyon avro məbləğində xalis nəticə ilə bağlayır”, – klubun rəsmi hesabatında deyilir.

Xatırladaq ki, ötən mövsüm “Barselona” İspaniya La Liqasının gümüş mükafatı ilə təsəlli tapmış, Çempionlar Liqasında mübarizədən isə 1/4 final mərhələsində PSJ-yə məğlub olaraq kənarlaşdırılmışdı.

Избранный
47
arena.az

1Источники