Prezident İlham Əliyev Azərbaycanın Rusiyaya yeni səfirini təyin edib. Prezidentin oktyabrın 1-də imzaladığı sərəncamı ilə Rəhman Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin imzaladığı digər sərəncama əsasən, R.Mustafayev Azərbaycanın Niderlanddakı səfiri vəzifəsindən geri çağırılıb. Bundan əvvəl Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olub. O, 2006-cı ildən həmin vəzifəni tuturdu. P.Bülbüloğlu 2024-cü ilin sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində deputat mandatı qazandıqdan sonra səfir vəzifəsindən geri çağırılıb. AzadlıqRadiosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта