"Səudiyyə Ərəbistanın Ər-Riyad və yaxud Ciddə şəhərində Azərbaycan Ticarət Evinin açılması gündəmdə olan məsələlərdən biridir".Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə Biznes Şurasının Bakıda keçirilən 5-ci iclasında bildirib."Bu istiqamətdə aidiyyəti qurumlar işləri davam etdirir. Son illər ölkələr arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir", - deyə o qeyd edib.