RU

"Naxçıvanda oynasaq, stadiona azı 5 min azarkeş gələcək" - Əfran İsmayılov

"Araz-Naxçıvan" Misli premyer-liqasında yeni mövsümə uğurlu start verib. Lakin komandanın ev oyunlarını Naxçıvanda keçirə bilməməsi hələ də vaxtaşırı tənqid olunur. Baş məşqçi Elmar Baxşıyev də dəfələrlə kollektivin doğma azarkeşləri önündə meydana çıxmasının zəruriliyini ifadə edib.

Bəs "qırmızı-ağlar"ın tezliklə evə qayıdıb-qayıtmayacağı haqda komandaya məlumat verilibmi? Bu yöndə hansı addımlar atılır?

"Football-plus.az"ın sualını "Araz-Naxçıvan"ın məşqçisi Əfran İsmayılov cavabladı:

"Naxçıvan camiəsi ötən mövsümdən bəri yolumuzu gözləyir. Hər kəs komandanın evdə meydana çıxmasını arzulayır. Əvvəldən azarkeşlərdən bu yöndə mesajlar alırdıq. Nəticələrimiz yaxşılaşandan sonra minlərlə tərəfdar bizimlə əlaqə saxlayır, sosial şəbəkə hesablarımızda istəklərini dilə gətirirlər. Naxçıvanda oynasaq, stadiona azı 5 min azarkeş gələcək. Həmin ab-havada qələbə qazanmaq daha rahat olacaq. İşimiz xeyli asanlaşacaq. Bildiyimə görə, Naxçıvan Futbol Federasiyası bu yöndə ciddi addımlar atmağa hazırlaşır. Bəlkə də qış fasiləsindən sonra ev oyunlarımızı Naxçıvan şəhər stadionunda keçirəcəyik".

KƏNAN BAHADIR
Избранный
29
football-plus.az

1Источники