Nəqliyyat eksperti Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında deyib ki, mikromobilliyin inkişafı yönündə ölkədə aktiv işlər görülür:
“Yanvar ayından çəkilmiş velosiped zolaqları şəbəkəsində işlər davam etdirilir. Veloicarə fəaliyyət göstərir, veloparkinqlər təşkil edilir. Düşünürəm ki, yaxın bir ay ərzində bu işlərin ilkin mərhələsi tamamlanacaq və şəbəkə halında hərəkət təmin olunacaq. Mikromobillik vasitələrini qısa məsafədə 1,3,5 kilometrə qədər hərəkət üçün yeni bir alternativ növ kimi qiymətləndirmək olar. Bu zolaqlar velosiped və skuterlərin saatda 25 kilometrə qədər hərəkətini təmin edəcək. Düşünürəm ki, bu şəbəkənin genişləndirilməsi yönündə işlər davam etdirilməlidir. Tez-tez fikirlər səsləndirilir ki, Bakının relyefi qabardılır, amma dünyanın daha sərt relyefli şəhərlərində velosiped zolaqları var. Bakıda hazırda iki növ velosiped icarəyə verilir – adi və elektrikli velosiped. Bu, riskləri minimumlaşdırır, bununla belə növləri artırmaq lazımdır. Dünya şəhərlərində veloinfrastrukturda tətbiq olunan variantlar Bakıda da tətbiq olunmalıdır”.
Törə Zeynallı
Demokrat.az