Rusiyanın Xalq artisti, bəstəkar, müğənni Vyaçeslav Dobrınin 78 yaşında vəfat edib.
Referans.az" target="_blank">Referans.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı İrina Dobrınina rus mətbuatına açıqlama verib.
Məlumata görə, onun vəfat etmə səbəbi ürək çatışmazlığı olub.
Qeyd edək ki, Vyaçeslav Dobrınin 1970-ci illərin ortalarından SSRİ-nin ən məşhur bəstəkarlarından biridir. Alla Puqaçova, Mixail Boyarski, Lev Leşçenko və digər sənətkarlar onun bir çox əsərlərini ifa ediblər.
(Manşet.az)