RU

Azərbaycan "yaşıl" transformasiyaya dair Orta Dəhliz təşəbbüslərinə sadiqdir

Bakı. Trend:

Azərbaycan "yaşıl" transformasiyaya dair TransXəzər BeynəlxalqNəqliyyat Marşrutu (Orta Dəhliz) təşəbbüslərinə sadiqdir.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müaviniRəhman Hümmətov Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə FəaliyyətHəftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda panelmüzakirələr zamanı bildirib.

"Azərbaycan öz tərəfdaşları ilə birlikdə Orta Dəhlizin "yaşıl"transformasiyası təşəbbüslərinə sadiqdir. Biz nəqliyyatmarşrutlarında ekoloji dayanıqlığı artırmaq məqsədilə tranzitmüddətini qısaltmaq və sonrakı mərhələdə istixana qazlarınınemissiyasını azaltmaq üçün rəqəmsal həllərin inteqrasiya yollarınıaxtarırıq", - o vurğulayıb.

Onun sözlərinə görə, nəqliyyat sektoru ekoloji cəhətdən təmiznəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsi, ictimainəqliyyatın davamlı inkişafı üzrə proqramlarının tətbiqi, zəruriinfrastrukturun yaradılması və sərnişinlər üçün alternativnəqliyyat vasitələrinin sayının artırılması yolu ilə əhəmiyyətliekoloji transformasiyalara nail ola bilər.

"Strateji infrastruktur layihələrinə sərmayə qoyaraq, Azərbaycanöz ərazisindən keçən nəqliyyat marşrutlarının transformasiyasıistiqamətində mühüm addımlar atır", - o qeyd edib.

Nazir müavini həmçinin Zəngəzur dəhlizinin Avropa, Mərkəzi Asiyavə Çin arasında ən qısa və təhlükəsiz tranzit marşrutu olacağını daqeyd edib.

Избранный
25
az.trend.az

1Источники