RU

BMT-nin keçmiş Baş katibi Bakı İqlim Fəaliyyəti Həftəsinə videomüraciət ünvanlayıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Kənd təsərrüfatına ayrılan investisiyalar və əməkdaşlıq kifayət deyil. Effektiv tərəfdaşlıqlar bizim səylərin özəyini təşkil etməlidir. Kənd təsərrüfatında inqilab o zaman mümkün ola bilər ki, biz əlaqələndirilmiş və təşkilatlanmış şəkildə işləyək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günündə Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş baş katibi Pan Gi Mun tədbirə ünvanladığı videomüraciətində deyib.

Keçmiş Baş katib kənd təsərrüfatında adaptasiya tədbirlərinin daha da sürətləndirilməsi üçün daha çox maliyyə ayrılmasının vacibliyini də vurğulayıb.

Избранный
40
azertag.az

1Источники