RU

Məşhur Məmmədov şəhid ailələsini ziyarət etdi

Növbədənkənar parlament seçkilərindən sonra millət vəkili kimi Masallıda fəaliyyətə ilk olaraq şəhid ailələrini ziyarətlə, onların qayğıları ilə yaxından tanış olmaqla başlayırıq.  
 2020-ci il oktyabrın 6-da Cəbrayıl uğrunda döyüşlərdə  şəhadətə ucalan şəhid baş çavuş Nayıb Qasımovun anım günü ərəfəsində ailəsinə baş çəkdik. 
Masallı rayonunun Mahmudavar kəndində anadan olan şəhidimiz 2016-cı ildə müddətli əsgər kimi "Aprel döyüşləri"ndə iştirak edib. 2017-ci ildə müddətli hərbi xidməti başa vuraraq könüllü ordu sıralarında qalıb, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət etməyə başlayıb.  2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan-Azərbaycan dövlət sərhədinin  Tovuz rayonu əraziləri boyunca başlayan, "Tovuz" döyüşləri kimi tanınan döyüşlərdə iştirak edən Baş çavuş Nayib Qasımovun son döyüşləri Cəbrayıl uğrunda  olub.  Doğulub boya-başa çatdığı Masallı rayonu Mahmudavar kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nayib Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Dövlət tərəfindən qayğı ilə əhatə olunduqlarını söyləyən Qasımovlar ailəsi övladlarının qısasını alan, Azərbaycanın tam suverenliyini bərpa edən ölkə rəhbəri cənab İlham Əliyevə və hərbçilərimizə salamlar göndərib  cansağlığı arzuladılar. 

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Избранный
35
1
sabahinfo.az

2Источники