RU

Əgər bu baş versə ten Haqa 1 milyon avro ödəniləcək

"Mançester Yunayted" baş məşqçi Erik ten Haqı istefaya göndərəcəyi təqdirdə ona 17,5 milyon funt sterlinq (21 milyon avro) ödəyəcək. Matc.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində jurnalist Riçard Martin məlumat verib. Bildirilir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi niderlandlı mütəxəssisi ötən yay qovmaq qərarına gəlsəydilər, ona 10 milyon funt-sterlinq (12 milyon avro) ödəyəcəkdilər. Bununla belə, yayda on Haqın əmək müqaviləsi 2026-cı ilə qədər uzadıldı. Qeyd edilir ki, 17,5 milyon funt-sterlinq, xərclərin azaldılması üçün "Mançester Yunayted"in 250 işçisini işdən çıxardıqdan sonra qənaət etdiyi məbləğin yarısıdır. İngiltərə çempionatının 6 turundan sonra "qırmızı şeytanlar" 7 xal toplayıb və 13-cü yerdədir.  

Избранный
51
1
matc.az

2Источники